Azərbaycan-Belarus hökumətlərarası komissiyasının üzvləri Füzuli və Ağdama səfər edəcəklər.
NUHÇIXAN xəbər verir ki, səfər oktyabrın 29-na nəzərdə tutulub.
Həmsədrlərin rəhbərliyi ilə nümayəndə heyəti səfər çərçivəsində bir sıra layihələrə baxış keçirəcəklər.
Qeyd edək ki, sabah Bakıda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçiriləcək.
