Azərbaycan Çinin daha bir şəhəri ilə hava əlaqəsi yaratmaq istəyir

A- A A+

Azərbaycanla Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüşdə aparılıb. Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılmasına qərar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: