Saqr Qobaş: Azərbaycan təcrübəsi göstərir ki, konstitusiya təkcə hüquqi mətn deyil, dəyərlərin təzahürüdür

A- A A+

Azərbaycanın Konstitusiyası ölkənin suverenliyini möhkəmləndirib, keçmişin bütün çətinliklərini indiyə və gələcəyə doğru çevirmək üçün yeni bir mərhələ yaradıb. Həmçinin coğrafi imkanları dayanıqlı inkişaf üçün ümidverici fürsətlərə çevirib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib: “Son 30 il ərzində Azərbaycan sübut etdi ki, inkişaf yalnız milli sərvətin nəticəsi deyil, həm də milli iradənin məhsuludur. Bu güclü institusional fəaliyyətin nəticəsi və müxtəlifliyi əhatə edən dövlət, cəmiyyət, həmçinin milli kimliklər arasında balansı yaratmaq bacarığıdır. Azərbaycan təcrübəsi göstərir ki, konstitusiya təkcə hüquqi mətn deyil, dəyərlərin təzahürüdür, həmçinin xalqla dövlət arasında sosial və etik müqavilədir. Eyni zamanda, miras və yenilik, tarix və coğrafiya arasında bir tarazlıqdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: