Rumıniya Senatının sədri: Azərbaycanın “ASAN xidmət” modelinin ölkəmizdə tətbiqi istiqamətində işlərə başlamışıq

A- A A+

Azərbaycan Milli Məclisi və xalqı ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur. O, dövlət müstəqilliyinizi möhkəmləndirib və müasir, ədalətli sistemin əsasını qoyub. Eyni zamanda, 30 il ərzində tarixi və hüquqi əhəmiyyətini qoruyub saxlayıb, ölkənin dinamik inkişafı ilə bərabər təkamül edib.

NUHÇIXAN xəbər verir ki, bunu Rumıniya Senatının sədri Mircea Abrudean Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, parlamentlər real nəticələrə fokuslandıqda, effektiv iş ortaya qoyurlar. Bir çox sahədə əməkdaşlıq edə bilərik. Məsələn, rəqəmsallaşma sahəsində sizin “ASAN xidmət” modeliniz var. Biz bu modeli Rumıniyada tətbiq edə bilərik və artıq bu istiqamətdə işlərə başlamışıq. Nəqliyyat və enerji sahələri ilə əlaqədar komitələrimizin əməkdaşlığının genişləndirilməsi üçün illik görüşlər keçirilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: