Fayzali İdizoda: Azərbaycanın Konstitusiyası ölkənin baş siyasi hüquqi sənədi kimi onun beynəlxalq nüfuzunu möhkəmləndirib

A- A A+

Bütün xalqlar arasında dostluq, bərabərlik, qarşılıqlı hörmət Azərbaycan Konstitusiyasının əsas prinsiplərindən biridir. Konstitusiya Azərbaycanın baş siyasi hüquqi sənədi kimi ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib.

NUHÇIXAN xəbər verir ki, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın Konstitusiyası ölkədə davamlı inkişafın və daxili sabitliyin möhkəm əsaslarını yaradıb.

“Azərbaycanda milli birliyin və daxili sabitliyin əsasları qoyulub. Bu da müasir geosiyasi reallıqlar fonunda Konstitusiyanın müstəqillik və suverenlik rolunu daha aydın nümayiş etdirir. Konstitusiya dövlətin və cəmiyyətin davamlı inkişafı, daxili sabitliyin əsas təminatçısıdır. Beynəlxalq qeyri-sabitlik şəraitində dövləti qorumaq yalnız cəmiyyətin birliyi, konstitusion dəyərlərə hörmət nəticəsində mümkündür”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: