Vladislav Tatarinoviç: Azərbaycan qətiyyətli olaraq müstəqil siyasət həyata keçirir

A- A A+

Konstitusiyanın qəbul edilməsi hər bir ölkənin tarixində çox önəmli mərhələdir. Konstitusiya illər, onilliklər boyu dövlətin və cəmiyyətin simasını müəyyən edir. Hər bir ölkə demokratiya yolunda öz modelini işləyib hazırlayır.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan qətiyyətli olaraq müstəqil siyasət həyata keçirir. “Belarusda və Azərbaycanda siyasi, iqtisadi, ictimai sabitlik var. Hər iki ölkənin beynəlxalq arenada nüfuzu artmaqdadır”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: