Qazaxıstan parlamentinin üzvü: Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanılıb

A- A A+

Biz hamımız şahidik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının gələcək qələbələrinin təməlini qoyaraq necə böyük bir yol keçib. Biz möhtəşəm zəfərlərin şahidi olmuşuq. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanılıb.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, son 30 il ərzində ölkələrimizin konstitusiyalarında dəyişikliklər edilib. Bu o deməkdir ki, konstitusiya canlı bir alət, bir sənəddir. Konstitusiya hər zaman xalqın iradəsini ifadə edir. O, təkcə böyük ada malik sənəd deyil, eyni zamanda, bütün xalqın maraqlarına xidmət edən əsas qanun olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: