Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.
Bunu NUHÇIXAN-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Diplomat bildirib ki, səfərin başlanması tarixi hələ dəqiqləşməyib:
"Pakistan nümayəndə heyətinə hörmətli Baş nazir rəhbərlik edəcək. Səfər Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə 8 noyabrda Bakıda keçiriləcək Zəfər paradında iştirak məqsədi daşıyır".
