Baş konsul: Naxçıvanda yaxın günlərdə yeni layihələr həyata keçirəcəyik

A- A A+

Bilirsiniz ki, Türkiyə müstəqilliyini qazanmaq üçün böyük mübarizə aparıb. O dövrdə dünyanın ən güclü dövlətlərinə qarşı çətinliklər içində aparılan bu mübarizə nəticəsində böyük qələbə qazanıldı və cümhuriyyət elan olundu. Bu hadisə bütün dünyada böyük təsir yaratdı. Həmin dövrdə bəzi dövlətlərin müstəmləkəsi altında yaşayan xalqlar, türk xalqını nümunə götürərək müstəqillik mübarizəsinə başladılar və bir çoxu azadlıqlarına qovuşdular.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Bu əlamətdar günü Azərbaycanda, Naxçıvanda qeyd etməyin xüsusi bir sevinc və qürur hissi olduğunu vurğulayan Baş konsul Türkiyə–Azərbaycan qardaşlığının bu gün bütün dünyaya gözəl bir nümunə olduğunu bildirib: "Çıxışlarda da qeyd olunduğu kimi, hər iki xalq həmişə bir-birinin yanında olub. Zəlzələdən sonra ilk yardım əlini uzadan da Azərbaycan oldu. Kahramanmaraşda göstərilən həmrəylik bunun ən gözəl nümunəsidir. Hazırda rəsmi nümayəndəliklərlə yaxın əməkdaşlıq şəraitində Naxçıvanın inkişafına və tərəqqisinə töhfə verəcək layihələr həyata keçiririk. İnşallah, yaxın günlərdə bu layihələrin yenilərini də birlikdə görəcəyik. Buraya gələrək sevincimizi bölüşən hər kəsə təşəkkürümü bildirirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: