KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

A- A A+

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində fondun 10 illiyinə həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Əli Həsənov və Vüqar Səfərli çıxış ediblər.

Daha sonra mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: