Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib.
NUHÇIXAN xəbər verir ki, paylaşımda qeyd olunub:
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri. Bu dəfəki təyinat nöqtələri Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan oldu".
https://twitter.com/i/status/1984459841541411046
