Uzun illər boyu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını böyük həsrətlə gözləmişik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri "Serhat TV"nin İdarə Heyətinin sədri Alican Alibeyoğlu Qarabağa növbəti səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən ilk dəfə 1989-cu ildə, yəni Sovetlər Birliyi dövründə Bakıya getmişəm. Bu, Bakıya ikinci səfərim olacaq, amma Qarabağa ilk dəfədir ki səfər edirəm. Nəhayət, 30 il sonra arzular reallaşdı. Biz də həmin yerləri görmək istəyirik", - Alican Alibeyoğlu bildirib.
O qeyd edib ki, sabah Bakıdan sonra Qarabağa səfər edəcək.
