Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın yaradılması haqqında Saziş imzalanıb

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Azərbaycan ilə Əlcəzair arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş imzalayıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bu saziş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur. Yeni çərçivə ticarət, investisiya, elm və texnologiya kimi əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün strukturlaşdırılmış və institusional mexanizm yaradır.

"Birgə Komissiya qarşılıqlı maraq doğuran yeni istiqamətləri müəyyənləşdirmək, təşəbbüsləri əlaqələndirmək və təcrübə, bilik mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynayacaq", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: