Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə dəvət edilib.
NUHÇIXAN xəbər verir ki, dəvəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevə Zəfər Günü münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib.
Şavkat Mirziyoyev İlham Əliyevi bu ölkədə keçiriləcək Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşünə dəvət edib.
