Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib - FOTOLAR
Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə verdiyi bəyanata uyğun olaraq, buğda yüklü qatar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gedib.
NUHÇIXAN xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 vaqon rəsmiləşdirilərək Ermənistana yola salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi.