Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia Bakıda Azərbaycan Konstitusiya Məhkəməsinin 30 illik yubiley tədbirlərində iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, səfər öncəsi Revaz Nadaraia Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizovu və konsul Rüstəm Zərbəliyevi qəbul edib.
Baş konsulluqdan bildirilib ki, tərəflər Gürcüstan Konstitusiya Məhkəməsi ilə Azərbaycan Konstitusiya Məhkəməsi arasında illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri barədə danışıblar. Gürcüstan Konstitusiya Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirakı, eləcə də keçiriləcək görüşlər barədə fikir mübadiləsi aparılıb.
R.Nadaraia mühüm hüquqi tarix münasibətilə Azərbaycan xalqını təbrik edib və gələcək əməkdaşlığa və tərəfdaşlığa hazır olduğunu bildirib. O vurğulayıb ki, bu əməkdaşlıq iki ölkə arasında tarixi dostluğun həm hüquqi, həm də beynəlxalq səviyyədə davamına töhfə verəcək.
