Gecikmiş etiraf

A- A A+

Özünü heç kimin tanımadığı “respublikanın xarici işlər nazirinin müşaviri” adlandıran Ruben Zarqaryan adlı birisi İravunk portalında iyirmi il gecikmiş etirafının olduğu məqaləsini yerləşdirib. NUHÇIXAN xəbər verir ki, onun bu etirafı Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Avropa Parlamenti tərəfindən “tanınması” ilə bağlıdır. (bax: www.iravunk.com/ru/news/10963). O, həmin məqalədə Avropa Parlamentinin 1999-cu il 11 mart tarixli “Qafqazda sülh prosesinin dəstəklənməsi” adlı qətnaməsindən sitat gətirir və yazır ki, sənədə görə, “Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sentyabrında SSRİ-nin süqutundan - keçmiş sovet sosialist respublikalarının müstəqilliyini elan etməsindən sonra analoji addım ataraq öz müstəqilliyini elan edib” (bax: qətnamənin mətni: https://publications.europa.eu/).

Bundan sonra müəllif gülməli qənaət hasil edib: guya biriləri tərəfindən müstəqilliyin elan edilməsi faktının konstatasiyası həmin subyektin bu bəyanının tanınması deməkdir. Yəni, sadə dillə desək, əgər Avropa Parlamenti öz qətnaməsində kiminsə, haradasa öz müstəqilliyini elan etməsini xatırladırsa, bu o deməkdir ki, həmin təşkilat “təbii olaraq” bu müstəqilliyi “tanıyır”.

Açıq-aydındır ki, erməni məntiqi belə bir sadə həqiqəti dərk edə bilmir ki, hətta Avropa Parlamentinin qətnamələrində Kataloniyanın müstəqillik elan etməsi faktı dəfələrlə xatırladılsa da, Avropada heç kimin ağlına bu orqanı birtərəfli qaydada elan edilmiş müstəqilliyi tanımaqda şübhəli bilmək gəlməyib. Əgər bu gün biriləri özlərini “yadplanetli” adlandırsa və həmin günün səhəri qəzetlər bu “əcaib adamdan” bəhs etsələr, çətin ki, sağlam düşüncəli adamlar qəzetin xəbərini redaksiyanın bu adamın başqa planetdən gəldiyi faktını təsdiq etməsi kimi qiymətləndirəcəklər.

Əlbəttə, erməni məntiqi dünya elminin ayrıca tədqiq edəcəyi məsələdir. Biz təkrar ondan bəhs etməyəcəyik, sadəcə “müşavirə” məsləhət görürük ki, AZƏRTAC-ın bu mövzuda hazırladığı məqalə ilə tanış olsun http://azertag.com/ru/node/944069. Bu yazıda həmin Avropa Parlamentinin 2012-ci ildə qəbul etdiyi daha əlamətdar iki qətnamədən bəhs olunur və müfəssəl təhlil aparılmaqla yanaşı, bu iki sənədə istinadlar edilir. Bundan sonra oturub düşünmək lazımdır; necə olur ki, Avropa Parlamenti “müstəqilliyi tanıdıqdan” 13 il sonra öz qərarını “unudur” və gələcəkdə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsindən danışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: