İslamabad şəhəri Azərbaycan bayrağına bürünüb - FOTOLAR
Azərbaycanın Qarabağ zəfərinin 5-ci ildönümü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib.
NUHÇIXAN xəbər verir ki, Zəfər Günü münasibəti ilə qardaş ölkədəki bir çox bina, o cümlədən Baş nazir ofisi, Parlament və Pakistan Ali Məhkəməsinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bundan başqa, ölkənin simvolu hesab olunan Pakistan abidəsi binası, bir çox küçələr Azərbaycan, Pakistan və Türkiyə bayraqları ilə bəzədilib.
İslamabaddakı “Mövenpick” oteli binasının üzərinə Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb və “Azərbaycan Respublikasının Zəfər Günü” şüarı yazılıb.