Şəhid anası Ali Məclisin plenar iclasında Zəfər Günündən danışdı - VİDEO
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş plenar iclasında Ali Məclisin 34 saylı Şahbuz şəhər Seçki Dairəsindən olan deputatı, şəhid anası Gülşad Rüstəmova Zəfər Günündən danışıb, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq edib.