Nyu-Yorkda Tayms meydanındakı ən hündür göydələn Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR

A- A A+

ABŞ-ın Nyu-York şəhərində Zəfər Günü münasibətilə aksiya keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, məşhur Tayms meydanındakı ən hündür göydələn, Dünya Ticarət Mərkəzi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Aksiya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə reallaşıb.

Aksiya çərçivəsində, həmçinin LED-ekranla təchiz olunmuş xüsusi avtomobil Nyu-York şəhərinin ən məşhur məkanlarının, o cümlədən Tayms meydanının, Birləşmiş Millətlər Təşkilatının Baş qərargahının, həmçinin Bryant Parkın yerləşdiyi və digər küçələrdə hərəkət edib. Ekranda “8 Noyabr – Azərbaycanın Zəfər Günüdür!” şüarı, Azərbaycan Respublikasının xəritəsi, eləcə də ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin rəmzi – Qarabağın incisi xarıbülbül təsvirləri nümayiş etdirilib.

Akasiya ötən gün olub və noyabrın 8-də də gün boyu davam edəcək.

Azərbaycan-Amerika Gənclər Federasiyası bu aksiyanın məqsədinin gənclər arasında milli həmrəyliyi gücləndirmək və Azərbaycanın mədəni irsini beynəlxalq auditoriyaya çatdırmaq olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: