Azərbaycanın səsi sərhədləri aşır - Sloveniyada Zəfər Günü qeyd olunub - FOTOLAR

A- A A+

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və qələbə günüdür. Bu tarix, Azərbaycan xalqının əzmkarlığını, birliyini və müstəqilliyini qorumaq uğrunda göstərdiyi iradəni simvolizə edir. Bu gün xalqımızın tarixi ədaləti bərpa etdiyi, milli birliyimizin və dövlətçiliyimizin təntənə ilə qeyd olunduğu gündür.

NUHÇIXAN xəbər verir ki, bu il Zəfər Günü Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzində də qeyd olunub. Şəhərin mərkəzində yerləşən rəqəmsal reklam lövhələrində Zəfər Günü ilə bağlı həm sloven, həm də Ingilis dillərində məlumat nümayiş etdirilib.

Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Bu təşəbbüsün məqsədi Azərbaycan xalqının Qələbə ruhunu və sülh, birlik mesajını beynəlxalq ictimaiyyətə çatdırmaq, həmçinin Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə təqdim etməkdir.

Lyublyanada həyata keçirilən bu layihə Azərbaycan və Sloveniya xalqları arasında dostluq və qarşılıqlı hörmətin göstəricisidir. Zəfər Gününün xarici ölkədə qeyd olunması Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması istiqamətində atılmış mühüm addımlardan biridir. Bu təşəbbüs həm də bir daha sübut edir ki, Azərbaycanın səsi, Qələbə və azadlıq ruhu sərhədləri aşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: