NUHÇIXAN-ın məlumatına görə, Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər sahəsi üzrə bakalavr, 2012-ci ildə isə magistr dərəcəsi alıb.
2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşməsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Esseks Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.
2023-2025-ci illər ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Dövlət və ictimai idarəetmə üzrə idarəedici rəhbərlər üçün magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində başlamışdır.
2013-2021-ci illərdə BP Exploration (Caspian Sea) LTD-nin Maliyyə departamentində kommersiya fəaliyyəti, planlama və maliyyə idarəetməsi funksiyaları üzrə bir sıra vəzifələrdə əmək fəaliyyətini davam etdirib.
2021-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində İdarə Heyəti sədrinin müşaviri və İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
2024-cü il 25 aprel tarixdə isə Naxçıvan Muxtar Resublikasının Baş naziri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
