Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir

A- A A+

Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir.

NUHÇIXAN xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: