Ararat Mirzoyan: Ermənistan ilə Azərbaycan arasında başlanmış sülh danışıqları artıq bir sıra praktiki nəticələr verib
Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda başlanmış sülh danışıqları artıq bir sıra praktiki nəticələr verib və sülh sazişinin yekun imzalanması ilə bağlı danışıqlar aparılır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə deyib.
O bildirib ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü başa çatıb və regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır.
