Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir - FOTOLAR

A- A A+

Azərbaycan Milli Məclisinin deputatları – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayevin yer aldığı nümayəndə heyəti ABŞ-də səfərdədir. NUHÇIXAN-ın məlumatına görə, səfərin məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi, regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların verilməsidir.

17 noyabr tarixində nümayəndə heyəti öz işinə başlayıb. İlk görüş ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş tutub.

Daha sonra nümayəndə heyəti ABŞ-nin bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresinin üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.

Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust- Vaşinqton Sammitindən sonra Azərbaycan – ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.

Sonrakı günlərdə nümayəndə heyətinin ABŞ dövlət departamenti, ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin mərkəzlərinin nümayəndələri və Azərbaycan – ABŞ Ticarət Palatasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər 21 noyabr tarixinədək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: