Şimali Kipr Prezidenti TÜRKPA-nın Baş katibini qəbul edib - FOTOLAR

A- A A+

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Baş katib Ramil Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə ŞKTR-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb, eyni zamanda, Şimali Kiprin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırıb.

R.Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri Prezidentin diqqətinə çatdırıb, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə ŞKTR-yə göstərilən yüksəksəviyyəli dəstəyi xüsusi olaraq qeyd edib və Assambleyanın səlahiyyətləri çərçivəsində Şimali Kiprin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Baş katib TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüslər hazırladığını və bu təşəbbüslərdə ŞKTR nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.

Prezident Tufan Erhürman Türk dövlətlərinin ŞKTR-nin haqlı fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində bundan sonra da dəstək göstərəcəyinə, TDT çərçivəsində həyata keçirilən layihələrdə Şimali Kiprin aktiv iştirakının davam edəcəyini və ŞKTR Məclisinin TÜRKPA-nın 2026-cı il üçün nəzərdə tutulmuş fəaliyyətlərində özünəməxsus rol oynayacağına inamını xüsusi olaraq vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: