Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar yığıncağı keçirilir.
NUHÇIXAN xəbər verir ki, “Yeni Zelandiyada iki məsciddə baş vermiş terror aktı, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda təşkil olunana iclasa 42 müsəlman ölkəsinin dövlət və hokumət rəsmiləri qatılıb. Toplantıda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.
Yığıncağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açaraq Əfqanıstan, Pakistan, İraq, Somali və digər ölkələrdə terrorla mübarizə aparanların yanında olduğunu bildirib: "Türkiyə İslam dünyasına planlı olaraq yönəldilən, bütün insanlığın gələcəyini təhdid edən hadisələr qarşısında biganə, laqeyd qalmayacaq və susmayacaq. 51 nəfərin ölümü, 47 qardaşımızın yaralanması ilə nəticələnən bu hücum heç vaxt adi bir hadisə olaraq görülə bilməz. Bu hadisə kökləri dərinlərə gedib çıxan kinin, nifrətin üzə çıxışdır. Həmin cəlladın yazdığı manifestdə, silahının üzərindəki tarix, ad və yerlərə qədər bir çox göstərici bu həqiqəti sübuta. Bu hücum aysberqin görünən üzüdür”.
Daha sonra toplantı iştirakçıları foto çəkdiriblər.
Yığıncaq gün ərzində qapalı iclaslarla işini davam etdirəcək.