Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb

A- A A+

Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: