Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya (geri qəbul) edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, geri qəbul edilmə prosesi "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.
