Kuba Prezidenti Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə hazırdır

A- A A+

Kuba Prezidenti Migel Diaz-Kanel Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovu qəbul edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Kuba Prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yeni Azərbaycan Partiyasının sədr müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla səmimi görüşüm oldu. Fidel (Kastro - red.) və Heydər Əliyevin irsinə əsaslanaraq partiyalarımız, hökumətlərimiz və xalqlarımız arasında münasibətləri dərinləşdirməyi davam etdirməyə hazır olduğumu təsdiqlədim", - Kuba Prezidenti qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: