Naxçıvan şəhərində 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu təşkil olunacaq.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə dekabrın 3-də Naxçıvan şəhərində "2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu" keçiriləcək.
Forumda Naxçıvan MR və Türkiyənin Qars, İğdır, Ardahan vilayətlərinin dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.
Forum çərçivəsində təqdimatların və B2B görüşlərinin keçirilməsi planlaşdırılır.
