Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi, ehtiyatda olan briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.
Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
