Milli Müdafiə Universitetinin nümayəndə heyəti Türkiyədədir - FOTOLAR

A- A A+

Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Türkiyə Respublikasında səfəri davam edir. Səfər proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi kolleclərinin rəisləri - polkovnik İntiqam Mirzəyev və polkovnik Yaşar Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Balıkesir şəhərində yerləşən Quru Qoşunları Gizirlər Məktəbində olub.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qardaş ölkənin gizirlər məktəbində formalaşmış zəngin təcrübədən faydalanmaq, bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək, mövcud əlaqələri genişləndirmək və inkişaf perspektivlərini müzakirə etmək məqsədilə görüşlər keçirilib. Eyni zamanda, tədris müəssisəsinin təlim-tədris mühiti, laboratoriya və praktiki məşğələ imkanları ilə tanışlıq olub. Nümayəndə heyəti həmin müəssisədə təhsil alan azərbaycanlı kursantlarla görüş keçirib, onların akademik və təhsil şəraiti ilə maraqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: