Papoyan İstanbulda Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşüb

A- A A+

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan noyabrın 28-də İstanbulda (Türkiyə) keçirilən "Zero Waste Forum" ümumdünya konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət aparıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Papoyan sosial şəbəkələrdə yazıb.

Tədbir zamanı o, həmçinin Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə qısa söhbətlər edib.

O vurğulayıb ki, konfransda kənd təsərrüfatı sektorunu koordinasiya edən iyirmiyə yaxın nazir, həmçinin digər yüksək vəzifəli məmurlar və siyasətçilər qlobal səviyyədə "sıfır tullantı" ideyasını təşviq etmək məqsədilə iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: