Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək.
NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib.
"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək", - o qeyd edib.
H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı "Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istərdi".
"H.Hacıyev dəhlizi "Azərbaycanın sülhə nail olmaq strategiyası"nın praktik komponenti kimi təqdim edib", - "EU Today" qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər. Dəhlizin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.
