Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.
NUHÇIXAN xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.
Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
