"Tramp Marşrutu" (TRIPP - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi) layihəsinin vaxtında həyata keçirilməsi Cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov vurğulayıb ki, bu multimodal marşrut dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə edəcək.
"TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməli, həmçinin Ermənistan üçün fayda gətirməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılması (regionda - red.) yalnız Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlığının təmin edilməsi ilə məhdudlaşmır, həm də daha böyük miqyasda əhəmiyyətli faydalar gətirir", - Azərbaycan XİN başçısı bildirib.
