Azərbaycan nümayəndə heyəti İtaliyada keçirilən təlimdə iştirak edib - FOTOLAR

A- A A+

Azərbaycan nümayəndə heyəti İtaliyanın Veneto regionunda keçirilən "Adaptive Interaction 2025" çoxmillətli hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimində müşahidəçi qismində iştirak edib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Anar Eyvazov NATO-nun Çoxmillətli hərbi-mülki əməkdaşlıq (CIMIC) qrupu və 7-ci CIMIC alayının komandiri polkovnik Piero Furlan ilə görüşüb.Görüşdə NATO əməliyyatlarında CIMIC bölmələrinin effektiv tətbiqinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Polkovnik A.Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və antiterror daxil olmaqla digər hərbi əməliyyatlar zamanı mülki əhalinin və infrastrukturun qorunmasına dair ordumuzun həyata keçirdiyi tədbirlərdən danışıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti çoxmillətli təlimin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Yüksək səviyyəli qonaqlar təlimin ssenarisinə uyğun olaraq əməliyyat zonasında müxtəlif mülki müəssisə və təşkilatlar ilə əlaqələrin qurulması, onlara zəruri dəstəyin verilməsi və hərbi əməliyyatların gedişatına təsir edəcək faktorların analizi üzrə tapşırıqların icrasını izləyiblər.

Ümumilikdə 12 NATO üzv və tərəfdaş ölkəsinin CIMIC bölmələrindən 200 nəfərin iştirakı ilə keçirilən təlimin gedişatı müsbət qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: