İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.