2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparıblar. Çünki mövcud göstəricilər ölkələr arasındakı potensialı tam əks etdirmir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə deyib.
“Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam etdirilir və layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Bu körpü iki ölkə arasında nəqliyyat və kommunikasiya sahələrində əlaqələrə mühüm töhfə verəcək”, - deyə nazir əlavə edib.
