Akademik: 15 cildlik Azərbaycan tarixinin yazılmasında Prezidentin çıxışı əsas konsepsiya olaraq götürülür
Hazırda AMEA-da hazırlanan 15 cildlik Azərbaycan tarixinin yazılmasında Prezidentin çıxışı əsas konsepsiya olaraq götürülür.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda açılış nitqində deyib.
Onun sözlərinə görə, Prezidentin AMEA-dakı nitqi cəmiyyətin müxtəlif təbəqələrini dərindən düşündürən vacib məsələlərdir:
"Bu, eyni zamanda aidiyyəti şəxslərin qarşısında mühüm vəzifələr qoyur".
Akademik bildirib ki, Prezidentin qəti mövqeyi bütün Azərbaycan ziyalıları və bütövlükdə vətəndaşlarına dilin keşiyində durmaq çağırışı idi:
"İnkişaf etmiş bütün dillər beynəlxalq terminləri həzm etməklə bərabər, dilin daxili imkanlarındən istifadəni də vacib görür. Hazırda dərsliklərdə və digər məqamlarda alınma sözlərdən lazım olmadığı halda istifadə edilir. Düşünürəm ki, müvafiq qurumlar bu məsələri müzakirə və həll etməlidir. Çünki bu, ümummili məsələdir".
O qeyd edib ki, terminologiya komissiyasının fəaliyyəti yenidən aktivləşdirilməlidir:
"Televiziyalarımızda Azərbaycandilli verilişlər yeni formatda təşkil edilməlidir".
