Peter Pelleqrini: Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir

A- A A+

Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

O qeyd edib: “Bizim ölkələrimiz dost ölkələrdir və münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: