Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdədir.
NUHÇIXAN xəbər verir ki, səfərin məqsədi iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsidir.
Səfər çərçivəsində Laos rəsmiləri ilə keçirilən görüşlərdə ölkələrimiz arasında münasibətlərin hazırkı durumu və inkişafı perspektivləri müzakirə olunur.
