Gələcəkdə "ASAN xidmət"də çağrı mərkəzinə gələn zənglərin 30 %-i süni intellektlə cavablandırılacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dekabrın 9-da Bakıda keçirilən "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə sınaq mərhələsi başlayıb:
"2024-cü ildə "ASAN xidmət"in özünün Süni intellekt Strategiyası müəyyən edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
