Azərbaycan-Türkiyə hərbçilərinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib - FOTOLAR

A- A A+

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda Türkiyə nümayəndə heyəti ilə mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş işçi görüşü keçirilib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı HHQ sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi, texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinq təqdim olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: