MM-in şöbə müdiri: Yeni Əmək Məcəlləsi hazırlanır

A- A A+

1999-cu ildən etibarən Əmək Məcəlləsinə yüzlərlə dəyişiklik edilib, təkmilləşdirmə işləri gedir.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda məcəlləyə və eyni zamanda 17 digər qanuna ümumilikdə 457 dəyişiklik edilir:

"Bunların 420-si sırf Əmək Məcəlləsinə dəyişiklikdir. Bu son illərdə ediləcək ən böyük dəyişikliklərdir. Belə desək, yeni bir Əmək Məcəlləsinin işlənib hazırlanmasının və qəbul olunmasının astanasındayıq".

Şöbə müdiri əlavə edib ki, təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri də bir sıra hallarda hesablanmış bir günlük əməkhaqqı ilə əlaqədardır:

"Dəyişikliyə görə, bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq ediləcək".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: