Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, səfər çərçivəsində dekabrın 11-də Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.
Həmçinin Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.
