Nazir: Azərbaycan ilə Qətər arasında çoxşaxəli əlaqələr mövcuddur - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli Günü münasibətilə həmin ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

NUHÇIXAN xəbər verir ki, nazir çıxış edərək Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə Qətər xalqını təbrik edib, əmin-amanlıq və davamlı tərəqqi arzulayıb. O, Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb, ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Azərbaycan Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti qeyd olunub. Bu ilin noyabrında keçirilmiş Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi sahəsində mühüm addım olduğunu qeyd edən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.

Nazir, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: