Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

A- A A+

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilir.

NUHÇIXAN xəbər verir ki, tədbirdə AHİK-in rəhbər heyəti və nümayəndələri, nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, deputatlar, ölkənin siyasi-ictimai xadimləri və xarici qonaqlar iştirak edirlər.

Qurultayda hesabat məruzələrinin dinlənilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi və bir sıra qərarların qəbul edilməsi nəzərdə tutulur.

Qurultayın gündəliyinə AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş Komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: