Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması barədə irəli sürdüyü təşəbbüs Ukrayna mediasının diqqət mərkəzində olub.

NUHÇIXAN xəbər verir ki, nüfuzlu “Ukrinform” dövlət informasiya agentliyi, “LB.ua”, “UA.news” xəbər portalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. AZƏRTAC-a istinadla hazırlanan materiallarda qeyd olunur ki, suverenliyimizin bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tam təmin edilməsi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Bu mühüm məqamı nəzərə alan Azərbaycan Prezidenti humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və azad ediləcək şəxslərin gələcəkdə qanunlara əməl edəcəklərinə, dövlətimizin inkişafına töhfə verəcəklərinə ümid edərək amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib.

Məqalələrdə, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Proqnozlara görə, 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən çox şəxsin cəzasının azaldılacağı qeyd edilir. Bununla yanaşı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcəyi yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: